“Star CP” MMC Beton və beton məhsulları zavodu 2015-ci ilin yanvar ayında fəaliyyətə başlamışdır. 11 min kvadratmetr istehsal sahəsi olan zavod tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton qarışığı, beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə yaradılmışdır. Zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub. Şirkətin bir nömrəli devizi sürət, keyfiyyət və zəmanətdir.

Bakı və Sumqayıt şəhərində inşa olunan obyektlərin və binaların təxminən 20 %-nin tikilişində “Star CP” MMC-də istehsal olunan beton məmulatlarından istifadə olunur. Bu istiqamətdə şirkətimizin əsas missiyası - müştərilərimiz üçün müasir texnologiyalara əsaslanan keyfiyyətli məhsulların vaxtında və ən münasib şərtlərlə təqdim edilməsi üçün etibarlı, gəlirli bir şirkət olmaqdır.

We are making and delivering success
PREZIDENT ZAVODUN AÇILIŞINDA
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdi. Bu məqsədlə respublikada ilk dəfə olaraq Sumqayıt şəhərində ən müasir avadanlıqla təchiz edilmiş və böyük istehsal gücünə malik STAR CP beton məmulatı zavodu Sumqayıt şəhərində inşa edilmişdir. Zavodun açılışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına 11 000 m2 istehsal sahəsi olan və inzibati binadan ibarət zavodun ümumi dəyərinin 17,6 milyon manat təşkil etdiyi barədə məlumat vermişdir. Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə zavod dünyanın ən aparıcı şirkətlərinə xas ən müasir texnologiyalar əsasında qurulub.
Direktorun Müraciəti
Tamerlan Abdullayev
Direktor

Son bir neçə ildə “STAR CP” qazandığı nailiyyətlər sayəsində, Azərbaycanda güclu sosial-iqtisadi irəliləyişə töhfə verən ən böyük şirkətlərdən birinə çevrilib. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən şirkət fəaliyyət sahələrini daha da inkişaf etdirmək istiqamətində səylərini müvəffəqiyyətlə davam etdirir.

Zavod ölkə rəhbərliyinin Azərbaycanın dinamik inkişafı naminə yorulmadan çalışmaq siyasəti uğurla davam edir. Xalqımız və fədakar həmyerlilərimiz üçün milli dəyərlərimizin bərqərar edilməsi və qorunması məqsədilə istər yerli, istərsə də beynəlxalq strateji və əlverişlı kommersiya yönümlü layihələrdə fəal şəkildə iştirak etməyə can atırıq.

 

Müəssisəmizin müxtəlif sahələri əhatə etməsi göstərdiyimiz fədakarlığın və qəbul etdiyimiz cürətli qərarların təzahürü və uğurlu nəticələr əldə etmək niyyətimizin ifadəsidir. Biz əldə etdiyimiz nəticələrlə fəxr edir və səmimiyyətə, dürüstlüyə, əməksevərliyə əsaslanan etibarlı əlaqələrin qurulmasına böyük əhəmiyyət veririk. Biliklərimizi paylaşmağa, potensial təklifləri dəyərləndirməyə və hər bir sahədə öndə olmağa çalışırıq.

Avadanlıq

Almaniyanın “HESS GROUP”, “CORDES” və “SCHLOSSER PFEİFFER” şirkətlərinə məxsus avadanlıqlarla təchiz olunmuş zavodda yüksək standartlara cavab verən xammaldan hazırlanmış quyu dabanı, çevrələr, konuslar, beton borular və istənilən park, səki, piyada yolları və s. abadlıq işləri sahəsində tətbiq edilə bilən məhsullar istehsal olunur.

Bizə etibar edən şirkətlər